Son günlərin gündəmindən düşməyən müğənni Berkay xeyli ziyana düşüb.

Milli.Az haberler-ə istinadla xəbər verir ki, barda arvadına görə davaya girib, burnu qırılan müğənni 15 gün müddətinə səhnəyə çıxa bilmədiyi üçün 4 konsertini ləğv etmək məcburiyyətində qalıb.

Konsertlərini ləğv etmək müğənniyə 250 min lirəyə başa gəlib.

Qeyd edək ki, bir neçə gün əvvəl futbolçu Arda Turan müğənni Berkayın arvadına sataşıb, sonra da Berkaya kəllə vurub. O, daha sonra üzr istəyib.

Milli.Az