Ötən həftə Arda Turan tərəfindən hücuma məruz qalan müğənni Berkay 14 konsertini təxirə salmağa məcbur olub.
Milli,Az qafqazinfo-ya istinadən istinadən xəbər verir ki, bir konsert üçün 70 min TL pul alan ifaçı futbolçunu məhkəməyə verməyə hazırlaşır.
Sənətçənin menecerliyini həyata keçirən şirkət 1 milyon lirə ziyana düşdüklərini qeyd ediblər. Onlar bunun üçün Ardadan həmin miqdarda təzminat tələb etdiklərini bildiriblər.
Hüquqşunaslar isə Ardanın Berkaya yumruq ataraq burnunu qırdığı üçün 3 ildən 11 ilədək həbs cəzası ala biləcəyini qeyd ediblər.
Milli.Az