Azərbaycan, Bakı, 13 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/
Türkiyənin Baş naziri Əhməd Davudoğlu Almaniya kansleri Angela Merkellə görüşdə bu ölkədə Fətullah Gülən hərəkatı tərəfindən təsis olunan tədris müəssisələrinin bağlanması məsələsini müzakirə edib. Bu barədə Trend çərşənbə axşamı Anadolu agentliyinə istinadən xəbər verir.
Bu gün Almaniyada Gülən hərəkatı tərəfindən təsis olunan 160-dan artıq tədris müəssisəsi mövcuddur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az