Lionel Messi birinci yeri “Real”ın oyunçusuna verib

Lionel Messi birinci yeri “Real”ın oyunçusuna verib
12:19 13 Yanvar 2015
245 İdman
Ölkə mətbuatı
A- A+

Argentina millisinin kapitanı və “Barselona”nın lideri Lionel Messi 2014-cü ildə dünyanın ən yaxşı futbolçusu seçilmiş Kriştianu Ronaldo haqda müsbət fikirlər səsləndirib. Apasport.az saytının məlumatına görə, cənubi amerikalı Ronaldo ilə eyni komandada oynamaq istədiyini bildirib.

 

Messinin fikrincə, Ronaldo ilə eyni komandada oynaması onlara çətinlik yaradar: “Hesab edirəm ki, Kriştianu ilə komandada çıxış etsəm, bu, bizim üçün çox çətin olar. Amma yenə də onunla eyni komandada yer almaq istərdim”.

 

Qeyd edək ki, Messi “Qızıl top”un səsverməsində Anxel di Mariya, Andres İnyesta və Xavyer Maskeranonun, Ronaldo isə müvafiq olaraq, Serxio Ramos, Qaret Beyl və Kərim Benzemanın adlarını qeyd edib.  


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190185

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR