Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən ötən il gəmilərə 10 mindən çox naviqasiya yardımı göstərilib

12:22 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:20 ]


Bakı. Rəşad Süleymanov - APA. Azərbaycan Dövlət Dəniz Administrasiyasının (ARDDA) Dəniz Üzgüçülüyünün Təhlükəsizliyi Mərkəzi tərəfindən 2014-cü ildə gəmilərə 10000-dən çox hal üzrə naviqasiya yardımı göstərilib.

 

Bu barədə APA-ya ARDDA-dan məlumat verilib.

 

Mərkəz tərəfindən gəmilərin hərəkətinin koordinasiya olunmasında yaxından iştirak olunub və gəmi sürücülüyü üçün hava şəraitinin münasib olmadığı vaxtlarda gəmilərə mənsubiyyətindən asılı olmayaraq, təhlükəsiz lövbər dayanacağı və hərəkət marşrutu seçməyə köməkliklər göstərilib.

 

Ötən il həmçinin ARDDA tərəfindən 111 gəmidə Dövlət liman nəzarəti və Dövlət Bayraq nəzarəti üzrə yoxlamalar aparılıb. Qeyd edilən yoxlamaların da 74-ü Azərbaycan, 37-si isə xarici dövlətlərin bayraqları altında üzən gəmilərdə həyata keçirilib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR