Bakı. 25 aprel. REPORT.AZ/ Nepalda 7,5 bal gücündə zəlzələ baş verib. "Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə paytaxt Katmandudan 77 km şimal-qərbdə qeydə alınıb. Təbii fəlakət nəticəsində ölən və xəsarət alanların olub-olmaması barədə rəsmi məlumat verilməsə də, ancaq paytaxtdakı bəzi evlərin zərər gördüyü bildirilib. Zəlzələ qonşu ölkələr olan Hindistan və Pakistanda hiss edilib.