Ötən il ərzində Azərbaycanda əmtəə bazarı 10% artıb

12:37 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 12:35 ]


Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. 2014-cü ildə Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 22,0 mlrd. manatlıq və ya 2013-cü illə müqayisədə 10% çox əmtəə satılıb.

 

APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, satılmış istehlak mallarının 50,1%-ni ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9%-ni qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2013- cü il ilə müqayisədə 3,3% bəndi artıb.

 

2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artaraq 6,4 mln. manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3%-ni hüquqi şəxslərin, 8,7%-ni fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

 

Elektron ticarət dövriyyəsinin 94,6%-ni qeyri-ərzaq malları təşkil edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR