Bakı, 25 aprel, AZƏRTAC
Aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Zəlzələnin episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
AZƏRTAC RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, həlak olan və xəsarət alanlar barədə hələlik məlumat yoxdur. Yeraltı təkanların ardından Nepalın paytaxtı Katmandu şəhərinin hava limanının bağlandığı, mobil rabitənin işində fasilələrin yarandığı bildirilir.
Zəlzələnin afterşokları artıq Hindistanın paytaxtına da çatıb. Nyu-Dehli şəhərində binalar təxminən bir dəqiqə ərzində silkələnib. Əhalidən evlərini tərk etmək xahiş olunub. Təkanlar Hindistanın Lakxnau, Caypur, Rançi və başqa şəhərlərində də hiss olunub.