[ 25 Aprel 2015 14:54 ]


Bakı. Ülkər Bəkirli – APA. Nepalda baş verən güclü zəlzələ zamanı xeyli adam ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində Nepalın paytaxtı Katmandu şəhərində 150-dən çox insan həyatını itirib.


ABŞ Geoloji Xidmətindən bildirilib ki, zəlzələnin episentri Katmandunun şimal-qərbindən 82 kilometr aralıda, 15 kilometr dərinlikdə yerləşib və 7,9 bal gücündə olub. Zəlzələ Hindistanın şimalındakı bir çox şəhərdə də hiss edilib.