Mayk Taysonu yerə sərənin indiki halına baxın - FOTO

Mayk Taysonu yerə sərənin indiki halına baxın - FOTO
12:52 13 Yanvar 2015
158 Dünya
Ölkə mətbuatı
A- A+

Bir zamanlar o, dünyanın ən məşhur boksçularından biri idi. 1990-cı ilin fevralın 11-də "Tokyo Dome"dəki məğlubedilməz Mayk Taysonla döyüşdən sonra isə o, fenomenal populyarlıq qazanmışdı.
 
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 1990-cı ildəki döyüşün 10-cu raundunda Ceyms Baster Duqlas "Dəmir Mayk"ı güclü zərbə ilə vurub yerə sərmişdi.
 
ABŞ-ın Las-Veqas şəhərindəki kazinolardan birində keçirilən həmin qarşılaşma Ceyms Duqlası milyonçu etmişdi.
Daha sonra o, Evander Holifildlə qarşılaşmış və döyüşü uduzaraq titulunu itirmişdi.
 
İndisə Duqlas 205 kq çəkisi olan əyyaş, həyatından küskün insandır.
Holifildə məğlubiyyətdən sonra Duqlasın superağır çəkidəki karyerası üzüaşağı yuvarlandı.
O, tamahkar, qarınqulu, depressiyalı insana çevrildi.
 
Əvvəlcə valideynləri vəfat edən Ceyms Duqlasın iki qardaşı bir neçə il sonra həlak oldu və bu faciələr boksçunu içdən sındırdı.
Sərxoş, əyyaş Duqlas həyatını dəyişmək niyyətindədir.
 
"Bilirsinizmi, həyat Mayk Taysonla döyüşdən də ağırdır. Həyatın zərbələri Maykın yumruqlarından da pisdir. İndi sərxoşluğumla vidalaşaraq yenidən yaşamağa başlayıram. Məşçqçiliyə başlamaq niyyətim var. Məncə, hələ gec deyil", - C.Duqlas deyib.
 
54 yaşlı Duqlas Ohayo ştatındakı Kolumbus şəhərində, doğulub böyüdüyü məkanda yaşayır.
Sabiq çempion ümid edir ki, oğulları Arti və Keçin yaxşı boksçu olacaqlar.
 
Milli.Az
 










Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318746.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR