Report "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Müdafiə Nazirliyinin mətbuat katibi Sitanşu Kar şəxsi "twitter" səhifəsində yazıb.
"Hindistan HHQ-nin "C-130J Superhercules" təyyarəsi NDRF heyəti ilə Hindon hərbi bazasından Katmanduya uçub", - o bildirib.
Onun sözlərinə görə, axşam fəlakət zonasına Bhatinda bazasından Hindistan HHQ-nin daha bir "İl-76" təyyarəsi NDRF heyəti ilə yola düşəcək.
NDTV kanalının yaydığı məlumata görə, Katmanduya uçan təyyarənin göyərtəsində NDRF-nin 40 əməkdaşı və 4 tona yaxın tibbi yardım var.
Qeyd edək ki, "Reuters"in məlumatına görə, dağıdıcı zəlzələnin qurbanlarının sayı 688 nəfərə çatıb.