ANS PRESS-in rus məbuatına istinadən verdiyi məlumata görə, bu haqda məlumat Rusiyanın Nepaldakı səfirliyindən verilib. "Bizdə 30 rusiyalı alpinist haqqında məlumat var. Lakin ölkədə rusiyalıların daha çox olduğu ehtimal edilir. Belə ki, alpinistlərin əksəriyyəti qalxmaları haqqında səfirliyi məlumatlandırmırlar", - deyə səfirliyin mətbuat attaşesi bildirib.
Bildirilir ki, alpinistlərin bir qismi Everestdə uçqun baş verən zaman ora qalxırdılar. Mətbuat attaşesi hələlik ruslarla əlaqə yaratmağın mümkün olmadığını deyib. "Belə ki, Nepal böyük hissəsində mobil əlaqə mövcud deyil".
Xatırladaq ki, bu gün Nepalın paytaxtı Katmandu yaxınlığında güclü zəlzələ baş verib. Təkanların maqnitudası 7,9 bal gücündə olub. Zəlzələdən ölənlərin sayı 618-ə çatıb. Mənbə
ANS PRESS