"Bakıda "Formula-1" yolu fövqəladə olacaq"

"Bakıda "Formula-1" yolu fövqəladə olacaq"
12:57 13 Yanvar 2015
143 Sosial
Ölkə mətbuatı
A- A+

2016-cı ildə Bakıda ilk “Formula-1" yarışının keçiriləcəyi yol sxemdə olduğundan daha cəlbedici görünəcək. Bunu layihəçi German Tilke bildirib.

Qeyd edək ki, dünyada “Formula-1" yarışı üçün yolların əksəriyyəti onun layihəsi üzrə inşa edilir. Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə F1news.ru saytında yerləşdirilmiş məlumatda deyilir.

G.Tilkenin sözlərinə görə, Azərbaycan paytaxtının küçələri ilə uzanacaq yolun halqası reallıqda xeyli cəlbedici görünəcək: “Siz yolu üç ölçüdə görə bilərsiniz və bunu şəkillərdən anlamaq çətindir. O köhnə şəhərə doğru yoxuşa qalxır, sonra XIII əsrə aid qala divarlarının yanından keçir. Bu, mövcud yollardan keçən müvəqqəti yol olacaq. Biz hamısının yox, onlardan bəzilərinin örtüyünü dəyişəcəyik. Yol çox sürətlidir və o, dünyadakı digər şəhər yollarından tamamilə fərqlənir. Yol Monako və ya Sinqapurdakı kimi deyil. Bu nəsə tamamilə fövqəladə bir şey olacaq”.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/318810.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR