Xalq artisti Brilliant Dadaşova Türkiyənin "Kemal Müzik Yapım & Menajerlik" şirkəti ilə əməkdaşlıq edəcək.
Milli.Az yenicag-a istinadən xəbər verir ki, şirkətin rəhbəri Kamal Aslan "Türkiyə və Azərbaycan mədəniyyət körpüsü" layihələrini təqdim etmək üçün Bakıya gəlib.
Layihə çərçivəsində xalq artistinin konsertləri təşkil olunacaq.
B.Dadaşova yeni layihədən danışıb:
"Hər təklifi qəbul etmirəm, Kamal bəy bir markadır, ona yox deyə bilməzdim. İşbirliyimizə artıq start verdik".
"Bu layihələri reallaşdırmaqda məqsədimiz heç də pul qazanmaq deyil. Bir məqsədimiz var, o da Türkiyə-Azərbaycan arasında mədəniyyət körpüsü yaratmaqdır", - deyə Kamal Aslan bildirib.
Milli.Az