Son günlərdə türkiyəli müğənni Berkayı döyüb burnunu sındırması ilə gündəmə gələn futbolçu Arda Turanın oğlu olub.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Arda Turanın hamilə xanımı Aslıhan Doğan bu gün doğuş keçirib. Nişantaşında özəl xəstəxanada yatan Aslıhan Doğan oğlunu qucağına alıb. Cütlük uşaqlarının adını Həmzə Arda qoyub.
Məlumat üçün bildirək ki, qalmaqalları ilə gündəmdən düşməyən futbolçunun qayınatası Sabri Doğan baş verənlərdən sonra əsəbiləşərək 8 aylıq hamilə olan qızını öz evinə aparıb. Aslıhanın atası qızının körpəsi dünyaya gələnə qədər onun ailəsi ilə birgə yaşamasına qərar vermişdi.