Danabaş kəndinin kitabı

Danabaş kəndinin kitabı
13:06 13 Yanvar 2015
283 Sosial
Ölkə mətbuatı
A- A+

"Məktəblərdə tədris edilən dərsliklərdə yol verilən nöqsanlar təhsilimizin ən yaralı yeridir. Bu nöqsanların olması bizim dərslik yazmaq təcrübəmizin olmaması ilə əlaqədardır. Sovet dövründə dərslikləri özümüz tərtib etmirdik. Müstəqillikdən sonra dərslikləri özümüz tərtib etməyə başladıq və bu vəziyyətdə də nöqsanların yaranması qaçılmaz idi".

Bunu ANS PRESS-ə açıqlamasında Təhsil Nazirliyinin Bakı şəhəri üzrə təhsil idarəsinin sabiq sektor müdiri, təhsil ekperti Nadir İsrafilov deyib. Mütəxəssisin fikrincə, hazırda Təhsil Nazirliyi göstərilən iradları səmimi qəbul edir və problərin aradan qaldırılması istiqamətində işlər görür. Ekpert qeyd edir ki, dərsliklər tenderlər vasitəsilə hazırlanır, bu isə ciddi problemlərin yaranmasına səbəb olur:

"Çünki, tenderdə dərsliklə əlaqəsi olmayan qeyri-ixtisas sahibləri iştirak edir və alternativi olmadığı üçün qəbul olunur. Bundan çıxış yolu üçün Təhsil Nazirliyi rezerv dərsliklərini hazırlayıb. Bu isə dərsliklərin qaneedici olmadığı zaman istifadə edilə bilər. Bizim dərsliklərimiz qüsurludur və ciddi problər var. Bunun üçün dərsliklərin təkmilləşdirilməsinə ehtiyac var. Bu özü böyük prosesdir. Dərslik yazmaq üçün verilən qanorar da aşağıdır. Bununla yanaşı, dərslik yazmaq özü çox ağır işdir".

Mütəxəssis qeyd edir ki, nazirlik artıq dərsliklərlə bağlı hökumətə müəyyən təkliflər irəli sürüb. N.İsrafilovun fikrincə, bu təkliflər qəbul olunduğu halda dərsliklərimizin keyfiyyətinin artırılması ilə bağlı irəliləyiş olacaq. Ekspert hazırda dərsliklərin istənilən səviyyədə olmadığını və buna görədə təhsil səviyyəsinin aşağı olduğunu bildirir.

Təhsil Nazirliyindən isə ANS PRESS-ə verilən məlumata görə, 2014-cü ildən etibarən dərslik hazırlığı ilə bağlı keçirilən tenderlərin “Əsas şərtlər toplusu”nda hər bir dərslik üçün nəşriyyat tərəfindən dil üzrə redaktorun ayrılması tələb kimi qoyulub. Nazirlikdən bildirilib ki, dərsliklərdə yol verilən nöqsanlara isə dərsliyi hazırlayan nəşriyyat-poliqrafiya müəssisəsinin cavabdehdir.

Təhsil Nazirliyindən əmin edirlər ki, dərsliklərdə yol verilən nöqsanlarla bağlı ciddi işlər görülür. Nazirlik nöqsanları nəşriyyat-poliqrafiya müəssisələrinin nəzərinə çatdırır və növbəti nəşrlərdə aradan qaldırılması üçün ciddi tədbirlər görür.

Mütəxəssislər Azərbaycanın beynəlxalq təhsil sisteminə inteqrasiya etdiyini və məhz buna görə də məktəblərdə İKT sahəsi üzrə hazırlıq işləri getdiyini deyir. Ekspertlər buna baxmayaraq indiki vəziyyətdə təhsilimizin buna hazır olmadığını deyirlər: "Bunun üçün müəllimlər kurslara cəlb edilməlidir. Onların İKT sahəsi üzrə bilik və bacarıqları artırılmalıdır. Həmçinin, təhsil inqilabi dəyişikliyi sevmir. Ona görə də mərhələli şəkildə dəyişikliklər etmək lazımdır. Hər halda dünya təcrübəsindən istifadə etməklə vəziyyəti lehimizə dəyişmək lazımdır. Məktəblərdə planşetlərin tətbiqi müşahidələr aparıldıqdan sonra həyata keçirmək lazımdır", - deyə N.İsrafilov qeyd edib.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=45&nid=319343

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR