Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından yeni ilin ilk premyerası

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrından yeni ilin ilk premyerası
13:12 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi yeni - 2015-ci ilin ilk premyerasını təqdim etməyə hazırlaşır.

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətindən Milli.Az-a verilən məlumata görə, görkəmli ingilis dramaturqu U.Şekspirin anadan olmasının 450 illiyi münasibətilə kollektiv dahi dramaturqun “III Riçard” tamaşasını yanvar ayının 25-də geniş tamaşaçı auditoriyası və respublika teatr ictimaiyyəti üçün nümayiş etdirəcəkdir.

Azərbaycan teatrında uzun illər müraciət olunmayan “III Riçard” tamaşasının quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova, baletmeysteri Rusiya Federasiyasının əməkdar incəsənət xadimi Sergey Qrisay, quruluşçu rəssamı Elşən Sərxanoğludur.

Səhnə əsərində əsas obrazları xalq artisti Ağaxan Salmanlı, əməkdar artistlər Şövqi Hüseynov, Nofəl Vəliyev, Gülər Nəbiyeva, Qəmər Məmmədova, Leyli Vəliyeva, Nəsibə Eldarova, Rahib Əliyev, Vahid Əliyev, aktyorlar Mehriban Abdullayeva, İradə Rəşidova, Natiq Fərzəliyev, Kərəm Hadızadə, Elşən Çarhanlı, Elnur Kərimov, Elnur Hüseynov və başqaları ifa edəcəklər.

Hörmətli tamaşaçılarımızın və Şekspir sevərlərə bir daha xatırladırıq ki, görkəmli dramaturqun dünyaca məşhur “III Riçard” tamaşasının premyerası 2015-ci ilin yanvar ayının 25-də saat 19.00-da baş tutacaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/318809.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR