Bakı, 26 aprel, AZƏRTAC
Son məlumatlara görə, Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfəri keçib, azı 1700 nəfər xəsarət alıb.
AZƏRTAC xarici KİV-lərərə istinadla xəbər verir ki, təbii fəlakət qurbanlarının sayı artmaqda davam edir.
Qeyd edək ki, aprelin 25-də səhər saatlarında Nepalda rixter cədvəli üzrə 7,5 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Katmandu şəhərindən 82 kilometr şimal-qərbdə 10 kilometr dərinlikdə qeydə alınıb.
Zəlzələnin afterşokları Hindistanın paytaxtı Nyu-Dehli şəhərində, həmçinin ölkənin bəzi şərq və şimal-şərq ştatlarında da hiss olunub.
Nepal hökuməti güclü zəlzələ ilə əlaqədar ölkədə fövqəladə vəziyyət elan edib.