ANS PRESS-ni məlumatına görə, ABŞ dövlət katibi Con Kerri ötən gün Nepalda qeydə alınan 7.9 bal gücündə zəlzələdən sonra faicə qurbanlarının ailələrinə başsağlığı verib.
C.Kerri yazılı açıqlamasında Nepal hökuməti ilə yaxından təmasda olduqlarını, eləcə də ABŞ-ın Katmandudakı səfiri Piter Boddeyə humanitar yardımların edilməsi üçün təcili 1 milyon dollar verilməsi barədə məktub ünvanladıqlarını bildirib.
Bundan başqa, o, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ilk yardım qrupunun da bölgəyə getməyə hazırlandığını bəyan edib.
Qeyd edək ki, Nepalda baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 1500 nəfəri keçib, azı 1700 nəfər xəsarət alıb. Bu, son 81 ildə Nepalda ən güclü zəlzələdir. Mənbə
ANS PRESS