Bakıda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Lent.az-ın Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, yanvarın 12-də saat 13 radələrində Binəqədi şosesində Bakı şəhər sakinləri Azər Abdullazadənin idarə etdiyi “Mercedes” və Qasım Abdullayevin idarə etdiyi “Mitsubishi” markalı avtomobillər toqquşub.
A.Abdullazadənin 6 sərnişini xəstəxanaya yerləşdirilib. Binəqədi RPİ tərəfindən araşdırma aparılır.