CHP lideri Kemal Kılıçdaroğlu sevgilisi Ahmet Kural tərəfindən şiddətə məruz qalan müğənni Sılaya dəstək olub.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ötən gün CNN kanalında qonaq olan partiya rəhbəri sənətçiyə zəng vurduğunu bildirib:

"Ölkənin çox sevilən bir sənətçisidir. Bir qadın və sənətçiyə qarşı tətbiq edilən şiddəti qəbul etmirik. Çünki sənətçi ictimaiyyətin bəyəndiyi, qəbul etdiyi, dinlədiyi önəmli bir şəxsiyyətdir. Sılaya keçmiş olsun diləklərimi çatdırdım. Hər zaman könlümün və dəstəyimin yanında olduğunu ifadə etdim. Təşəkkürünü bildirdi. Kədərlənməməsini rica etdim. Xalq onun yanındadır, dəstəkləyir. Biz şiddəti qınayırıq".

Xatırladaq ki, Sıla ötən gün polisə müraciət edərək sevgilisi, aktyor Ahmet Kural tərəfindən şiddətə məruz qaldığını bildirmişdi.

Milli.Az