25-27 oktyabr tarixində Rumıniyanın Buxarest şəhərində Kempo (İKF) üzrə 12 ci Avropa çempionatı keçirilib.
Çempionatda başda Azərbaycanın Kempo Təşkilatının rəhbəri Rauf İbrahimov olmaqla 8 idmançı ilə təmsil olunub.
Çempionatın ilk günü Kempo Submişn Gi üzrə -70 kiloqram çəki dərəcəsində Əhmədov Fərid ilk qızıl medalı qazanaraq 1 ci yerə layiq görülüb. Həmin gün, həmin versiya üzrə Əliyev Şakir - 85 kiloqram çəki dərəcəsində 3-cü yerə, Cəfərzadə Aqil isə -95 kiloqram çəki dərəcəsində çempionatı gümüş medalla başa vurub.
Çempionatın ikinci günü Kempo Semi üzrə Rüstəmov Cəmşid -95 kiloqram çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək həmin versiya üzrə qızıl medal qazanıb.
Nokdaun versiyası üzrə - 80 kiloqram çəki dərəcəsində Müslümov Rüstəm gümüş mükafatla kifayətlənib.
Ümumilikdə səkkiz idmançının nəticələrinə görə 2 qızıl,2 gümüş,1 bürünc medal əldə olunub.
Təbrik edirik kempoçuları. Onlara yeni-yeni nailiyyətlər arzu edirik.