Vergi Məcəlləsinə dəyişikliklər nəticəsində yol vergisi üzrə daxilolmalar illik 78 mln. manat təşkil edəcək - ANALİTİKA

13:42 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 13:34 ]

Bakı. Musa Əhmədov - APA-Economics. Vergi Məcəlləsinə edilən dəyişikliklər nəticəsində yol vergisi üzrə vergi daxilolmaları illik 78 mln. manat təşkil edəcək.

APA-Economics”in hesablamalarına görə, bu dəyişiklik yol vergisi üzrə daxilolmaların həcminin 3,5 dəfə artmasına gətirib çıxaracaq. 

 

Məsələ ondadır ki, 2013-cü ildən bəri ölkədə yol vergisi üzrə dövlət büdcəsinə daxilolmaların həcmi azalmağa başlayıb. Belə ki, 2012-ci il ilə müqayisədə 2013-cü ildə yol vergisi üzrə daxilolmaların həcmi 15%-ə yaxın azalaraq 24 mln. 383,5 min manat təşkil edib. Bundan başqa, azalma tendensiyası növbəti il ərzində də davam edib. Belə ki, 2013-cü il ilə müqayisədə 2014-cü ildə bu göstərici üzrə 8,5% azalaraq 22 mln. 313,9 min manat olub. Ümumiyyətlə, 2012-ci ilə nisbətən 2014-cü ildə yol vergisi üzrə azalma nə az, nə çox 22,1% və ya 6 mln. 341, 14 min manat təşkil edib.

 

Son 2 ildə yol vergisi üzrə daxilolmaların azalmasına 2013-cü ilin aprelin 20-dən Nazirlər Kabinetinin "Nəqliyyat vasitələrinə və onların qoşqularına dövlət texniki baxışının keçirilməsi qaydaları haqqında Nümunəvi Əsasnamə"də dəyişikliklər edilməsi barədə qərarı səbəb olub. Belə ki, bu qərara əsasən minik avtomobillərinin istehsal olunduqları vaxtdan keçən 4 il ərzində dövlət texniki baxışından azad olması, 4 ildən sonra isə iki ildə bir dəfə dövlət texniki baxışından keçməsi yol vergisinin azalmasına gətirib çıxarıb. Çünki, avtomobil sahibləri məhz texniki baxışdan keçəndə yol vergisini aşağıdakı qaydada ödəyirdi:

 

 

        Vergitutma obyektinin adı

 

      Yol vergisinin dərəcəsi

Minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri:

 

  • Mühərrikin həcmi 2000 sm³ olduqda

 

 

  • Mühərrikin həcmi 2000 sm³-dən 3000 sm³-dək olduqda

 

 

 

  • Mühərrikin həcmi 3000 sm³-dən 4000 sm³-dək olduqda

 

 

 

  • Mühərrikin həcmi 4000 sm³-dən 5000 sm³-dək olduqda

 

 

 

  • Mühərrikin həcmi 5000 sm³-dən çox olduqda

 

 

 

 

 

 

20 manat

 

 

 

20 manat+mühərrikin həcminin 2000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,02 manat

 

 

40 manat+ mühərrikin həcminin 3000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,03 manat

 

 

70 manat+ mühərrikin həcminin 4000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,04 manat

 

 

110 manat+ mühərrikin həcminin 5000 sm³-dən çox hissəsi üçün hər sm³-ə görə - 0,05 manat

 

 

Yəni, indiyə qədər mühərrikin həcmi 2000 sm³ olan avtomobil sahibləri 20 manat yol vergisi ödəyib. Başqa bir misal, mühərrikinin həcmi 3600 sm³ olan avtomobilin illik yol vergisi 58 manat (40 manat + 600x0,03 manat) təşkil edib. Yanvarın 13-də Azərbaycan Tarif Şurasının növbəti iclasında “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2014-cü il 30 dekabr tarixli qanununa uyğun olaraq, neft məhsullarının tariflərinə baxılıb və yol vergisi əlavə olunmaqla Aİ-92 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 72 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti isə 1 litr üçün 62 qəpik müəyyən edilib. Sadə hesablama aparaq: mühərrikin həcmi 2000 sm³ olan avtomobilin ay ərzində sərfiyyatı 100 litr benzin təşkil etsə, bu avtomobilin sahibi dolayı olsa da, illik 24 manat yol vergisi ödəməli olacaq. Və ya mühərrikinin həcmi 3600 sm³ olan avtomobil ay ərzində 100 litr benzin işlətsə, bu avtomobilə görə illik yol vergisi 24 manat təşkil edəcək. Yəni, yol vergisi əvvəlkindən 34 manat az olacaq. Amma ay ərzində belə avtomobil 250 litr benzin işlətsə, onda bu avtomobilin sahibindən 60 manat illik yol vergisinin tutulması anlamına gəlir ki, bu da əvvəlkindən 2 manat çoxdur. Yəni, yanacaq sərfinin çoxalması dolayı yolla ödənilən yol vergisinin həcminin əvvəlkindən çox olması deməkdir. Bir sözlə, artıq yol vergisi birdəfəlik tutulmayacaq. Bundan sonra büdcəyə daxil olan yol vergisinin həcmi ölkədə istehlak olunan yanacağın həcmindən asılı olacaq.        

 

Qeyd edək ki, Tarif Şurasında müvafiq tarif tənzimləməsi belə əsaslandırılır:

 

“Məlum olduğu kimi, 2015-ci ilədək illik yol vergisini fiziki şəxslər avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə texniki baxışdan keçən zaman, hüquqi şəxslər isə balanslarında olan avtonəqliyyat vasitələrinə görə vergi orqanlarına müvafiq bəyannamə təqdim etməklə dövlət büdcəsinə ödəyirdilər. Bu zaman hüquqi və fiziki şəxslər tərəfindən istismara yararsız avtonəqliyyat vasitələrinə görə də onların avtomobil yollarından istifadə edib-etməmələrindən asılı olmayaraq yol vergisi ödənilirdi.  Vergi Məcəlləsinə edilən dəyişikliklərə əsasən, ölkə ərazisində istehsal edilərək daxili istehlaka yönəldilən və idxal edilən avtomobil benzini, dizel yanacağı və maye qazın hər litrinin topdansatış qiymətinə 2 qəpik əlavə edilməklə yol vergisinin tətbiqi nəzərdə tutulub”.

      

Məlumatda o da qeyd olunub ki, yol vergisinin yanacağın qiymətinə əlavə edilməsi nəticəsində verginin ödənilməsi prosesi və verginin yığılması üzrə inzibatçılıq sadələşir, avtonəqliyyat vasitəsindən daha az istifadə edən şəxslər daha az vergi ödəyir, illik vergi bir dəfəyə deyil, hər dəfə yanacaq alınan zaman hissə-hissə ödənilir, hüquqi şəxslər tərəfindən vergi orqanlarına yol vergisi bəyannamələrinin təqdim olunması ləğv edilir, verginin tam yığılması təmin olunur.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368900

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR