Xəbər verdiyimiz kimi, müğənni Sılanın Ahmet Kural tərəfindən şiddətə məruz qalması neçə gündür gündəmi zəbt edib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, model Çağla Şikel İnstaqram hesabında Sılaya dəstək olmaq üçün status yazıb. Bu zaman isə bütün sosial medianın dilinə düşüb.

Belə ki, #ahmetkural əvəzinə, #ardakural həştağından istifadə edən modeli izləyicilər lağa qoyub. Aktyor Arda Kuralın özü də yazılanlara reaksiya verib. O, tvitter hesabında bu sözləri yazıb:

"Nə vaxt Sılanı döydüyümü xatırlamıram. Sevgili olduğumuzu belə indi öyrəndim".

Milli.Az