Nepaldakı güclü zəlzələ ölkə prezidenti Ram Baran Yadavı gecəni küçədə, çadırda keçirməyə məcbur edib. Lent.az-ın TASS-a istinadən xəbərinə görə, onun mühafizəçiləri qonşu çadırda məskunlaşıb.

Prezidentin cangüdənlərinin sözlərinə görə, XIX əsrdə tikilmiş prezident sarayı növbəti təkanlara dözməyə bilər.

Yerli KİV-in məlumatına görə, Ram Baran Yadav paytaxt Katmandunun küçələrində, çadırda qalmaqda davam edir.