Moldovanın paytaxtı Kişinyov beynəlxalq hava limanında bir sıra reyslər ləngiyib.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna aeroport üzərində qatı duman səbəb olub.
Qeyd olunur ki, Buxarest, Minsk, İstanbul və Moskvadan təyyarələrin gəlişi iki saatdan çox ləngiyib.
Bundan başqa, Kişinyovdan İstanbula reys baş tutmayıb.
Proqnozlara əsasən, dumanın günün ikinci yarısında çəkiləcəyi gözlənilir.
Milli.Az