Mingəçevirdə ana doğuşdan sonra dünyasını dəyişib

Mingəçevirdə ana doğuşdan sonra dünyasını dəyişib
14:17 13 Yanvar 2015
133 Digər
Ölkə mətbuatı
A- A+

Mingəçevirdə 34 yaşlı ana 3-cü övladını dünyaya gətirdikdən sonra dünyasını dəyişib.

Milli.Az El Tv-yə (Region Tv) istinadən xəbər verir ki, hadisə Mingəçevir şəhər Doğum Evində qeydə alınıb. Bildirildiyinə görə, Mingəçevir  şəhər sakini, 1980-ci il təvəllüdlü  Esmira  Rafiq qızı Hümbətova yanvarın 9-da Doğum Evinə daxil olub. O, ötən gecə təbii doğuş yolu ilə  övladını dünyaya gətirib. Bundan təqribən 20 dəqiqə sonra ananın vəziyyəti pisləşib. Aparılan reanimasiya tədbirlərinə baxmayaraq, ananın həyatını xilas etmək mümkün olmayıb. Onun dünyaya gətirdiyi oğlan uşağı isə hazırda sağ-salamatdır.

Ölümün səbəbi tibbi ekspertizanın rəyindən sonra məlum olacaq. Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğu tərəfindən araşdırma aparılır. Qeyd edək ki, Esmira  Hümbətova Mingəçevir şəhərində fəaliyyət göstərən məktəblərdən birində müəllim işləyirdi.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/318830.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR