Türkiyədə girov qalmaqalı

14:21 13 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə konsulluqda girov qalmaqalı yaşandı.

ANS PRESS-in məlumatına görə, hadisə Finlandiyanın İstanbul Elmadağdakı fəxri konsulluğunda qeydə alınıb.

Fransada yaşanan "Charlie Hebdo" hücumundan sonra baş verən hadisə polisi ayağa qaldırıb.

Əlində bıçaq olan şəxs konsulluq işçisini girov götürüb.

Hadisə yerinə dərhal polis çağırılıb. Əlində bıçaq olan şəxs zərərsizləşdirilib.

Hadisə anında iş adamı olan konsul Ceff Hakkonun konsulluqda olub-olmadığı və basqının səbəbləri bilinmir.




Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319399

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR