Bakı metrosunda DAVA

Bakı metrosunda DAVA
14:29 13 Yanvar 2015
224 Ölkə
Ölkə mətbuatı
A- A+

Bu gün Bakı Metropoliteninin “Elmlər Akademiyası” stansiyasında sərnişinlər arasında dava düşüb.

 

“Bakı Metropoliteni” QSC-nin Mətbuat katibi və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev APA-ya açıqlamasında bildirib ki, sərnişinlər arasında eskalatorda dava düşüb və bunun nəticəsində eskalatorun kənarındakı plafonlardan 4-ü sınıb: “Bununla əlaqədar eskalatorun hərəkəti müvəqqəti dayandırılmışdı. Hadisə baş verən kimi eskalatorun hərəkəti dayandırılıb 11 dəqiqədən sonra isə baş verib, bərpa edilib. Hazırda hadisənin baş vermə səbəbi polislər tərəfindən araşdırılır. Sərnişinlərin metroya giriş və çıxışına məhdudiyyət qoyulmayıb”.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190210

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR