Argentina millisinin və İspaniya "Barselona"sının futbolçusu Lionel Messi eyni klubda vurulan qolların sayına görə dünya 2-cisi olub.

Mili.Az matç.az-a istinadən xəbər verir ki, ulduz futbolçu Primeranın XII turunda "Betis"in (3:4) qapısından 2 top keçirib.

Bununla da Messinin "Barselona"da vurduğu qolların sayı 566-ya çatıb. O, "Bavariya"nın heyətində 565 qol vuran almaniyalı əfsanə Herd Mülleri arxada qoyub.

Hazırda Lionel yalnız bir futbolçudan - "Futbol kralı" Peleden geri qalır. Braziliyalı doğma "Santos"unun heyətində 643 qol vurub. "Kral"a bir az da yaxınlaşan Messini 1-ci pillədən 77 qol ayırır.

Milli.Az