Rusiya ermənilərə qucaq açdı

14:37 13 Yanvar 2015
146 Dünya
Ölkə mətbuatı
A- A+

Yanvarın 2-dən etibarən Avrasiya İqtisadi İttifaqının tamhüquqlu üzvünə çevrilən Ermənistanın vətəndaşları Rusiyada iş sahəsində faktiki olaraq Rusiya vətəndaşları ilə bərabər hüquqlara malikdir.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya hökumətindən bildiriblər.

Artıq Rusiyada iş sahibləri milli əmək bazarının müdafiəsi sahəsindəki məhdudiyyətləri nəzərə almadan Ermənistan vətəndaşlarını əmək fəaliyyətinə cəlb edə bilərlər. Ermənistan vətəndaşlarının Rusiyada çalışa bilməsi üçünü xüsusi icazə tələb olunmur.

Xatırladaq ki, Ermənistan Avrasiya İqtisadi İttifaqına qoşulmaqla bağlı müqaviləni 2014-cü ilin oktyabrında imzalayıb. Müqavilə Rusiya, Belarus və Qazaxıstan parlamentlərində ratifikasiya edilib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/318832.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR