Azərbaycan, Bakı, 27 aprel /Trend/

Nepalda zəlzələ qurbanlarının sayı 3,5 mini keçib.

Trend-in məlumatına görə, bu barədə "Nepal1" telekanalı xəbər yayıb.

"Ölənlərin sayı 3585 nəfər olub, 6 mindən çox insan isə xəsarət alıb", - deyə televiziyanın məlumatında bildirilir.

Xatırladaq ki, aprelin 25-də səhər saatlarında Nepalın paytaxtı Katmandudan 82 kilometr şimal-qərbdə 7,9 bal gücündə zəlzələ baş verib. Ondan sonra isə bir neçə afterşok xarakterli təkanlar baş verib, bazar günü isə 6,7 bal gücündə növbəti zəlzələ qeydə alınıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az