Rumıniyanın paytaxtı Buxarestdə 23 yaşadək güləşçilərin dünya çempionatı davam edir.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Əli Rəhimzadənin Yaponiya idmançısı ilə final qarşılaşması olduqca gərgin mübarizə şəraitində keçib. Sonda sevinən yapon güləşçi olub - 5:4. Rəhimzadə gümüş medalı boynundan asıb.

Qeyd edək ki, sabah daha bir sərbəst güləşçimiz - Şabil Zubairov final görüşünə çıxacaq. Murad Süleymanov isə bürünc medal uğrunda yarışacaq. Hər iki idmançımız ilk görüşündə erməni idmançıları məğlub edib.

Milli.Az