Anelka transferinə nə mane oldu?

Anelka transferinə nə mane oldu?
15:12 13 Yanvar 2015
170 İdman
Ölkə mətbuatı
A- A+

Fransa millisinin sabiq futbolçusu Nikolya Anelkanın Əlcəzairin "NA Huseyn Dey" klubuna keçidi baş tutmayıb.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Əlcəzair Futbol Federasiyası (ƏFF) təcrübəli oyunçunun transferinə razılıq verməyib. Qurumun bu addımı atmasına səbəb Anelkanin yaşının 35 olması və hazırda milli komandada çıxış etməməsi ilə əlaqədardır.
 
Qeyd edək ki, ƏFF 27 yaşdan yuxarı olan və milli komandanın üzvü olmayan legioner futbolçulara yerli klublarda oynamağı qadağan edib.
 
Xatırladaq ki, N.Anelkanın son klubu Hindistanın "Mumbai Siti" klubu olub.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/sport/318839.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR