"Günəşli"də Qazlift Kompressor Stansiyasının tikinti-quraşdırma işləri başa çatdı

15:28 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

“Günəşli” yatağında Qazlift Kompressor Stansiyasının tikinti-quraşdırma işləri uğurla başa çatdırılıb.

Trend ARDNŞ-nin saytına istinadən məlumat verir ki, "Azneft" İstehsalat Birliyinin 28 May adına Neftqazçıxarma İdarəsinin sifarişi əsasında “Neftqaztikinti” Tresti tərəfindən tikilən stansiya “Günəşli” yatağında neft verən quyuların uzunmüddətli qazlift üsulu ilə istismarını təmin etməklə yanaşı, yataqdakı platformalarda qazlift sistemini tənzimləyəcək, eləcə də atmosferə atılan qazların yığılaraq nəql olunmasını təmin edəcək.

Dənizin 87 metr dərinliyində quraşdırılmış stansiyanın məhsuldarlığı 3 milyon kubmetr/gün təşkil edir. Hər birinin çəkisi 3000 ton olan piramida tipli 2 dayaq blokundan ibarət stansiyada 8 ədəd kompressor, 2 ədəd hava soyuducusu, 12 ədəd qaztənzimləyici, quruducu, hava qəbuledicisi, 1 ədəd dizel mühərrikli generator, 2 ədəd transformator, 12 ədəd idarəetmə otağı, eyni zamanda, daşıyıcı göyərtə, 4 ədəd metal lövhə və həmin lövhələr üzrə müxtəlif diametrli boru xətləri quraşdırılıb, svaylar vurulub.

Qeyd edək ki, 2009-cu ildən inşasına başlanılmış stansiyada tikinti-quraşdırma işləri “Neftqaztikinti” Trestinin 3 saylı Tikinti-Quraşdırma İdarəsi tərəfindən həyata keçirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/energy/2352708.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR