Braziliya millisi yoldaşlıq matçında Kamerunla qarşılaşıb.
Milli.Az Goal.az-a istinadən xəbər verir ki, oyun İngiltərənin Milton Keyns şəhərində keçirilib.
"Sambaçılar"ın qələbəsilə (1:0) başa çatan matçda Neymar 8-ci dəqiqədə zədələnərək əvəzlənib. Komandanın həkimi Rodriqo Lasmar zədənin ciddi olmadığını deyib:
"İlkin müayinə aparıldı. Ciddi bir şey yoxdur. Testlərdən keçməsi üçün vaxt lazımdır. Bundan sonra dəqiq diaqnoz qoymaq olar".
Neymar Braziliya millisi tarixində 3 ən yaxşı bombardirdən biridir. Hesabında 60 qol var. Ronaldo (98 oyun, 62 qol) və Pele (92 oyun,77 qol) onu qabaqlayır. 26 yaşlı hücumçu bu mövsüm PSG-nin heyətində Fransa çempionatında11 oyunda 10 qol vurub.
Milli.Az