Eşşək polisi qaçırdı (VİDEO)

Eşşək polisi qaçırdı (VİDEO)
15:46 13 Yanvar 2015
193 Digər
Ölkə mətbuatı
A- A+

Uzunqulaq onu minən müfəttişi qaçırdı. Bu maraqlı hadisə Dağıstanda baş verib.

ANS PRESS-in məlumatına görə, Mahaçqalada yol polisi müfəttişiu uzunqulağın üstündə şəkil çəkdirmək istəyib.

O, yoldaşı ilə birlikdə eşşəklərə yaxınlaşıb və onlardan birinin üzərinə çıxıb.

Onun həmkarı isə heyvanı minən həmkarını tərifləmək üçün başladığı ifadəsini belə bitirə bilməyib. "Bu bizim..." deməyə imkan tapmamış ürkən eşşək yerindən götürlənib. O, sürətlə qaçmağa başlayıb.

Sürətlə yerindən tərpənən heyvan divarla toqquşmaqdan son anda xilas olaraq üzərindəki müfəttişlə gözdən itib.

Müfəttişin həmkarları ilə bütün baş verənləri çəkərək internetə yerləşdiriblər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR