Qadın ərinin cinsiyyət orqanını kəsdi

Qadın ərinin cinsiyyət orqanını kəsdi
16:01 13 Yanvar 2015
338 Digər
Ölkə mətbuatı
A- A+

Çində qeyri-adi hadisə baş verib.

ANS PRESS-in məlumatına görə, çinli bir qadın həyat yoldaşının cinsiyyət orqanını kəsib. Hadisəyə səbəb isə 32 yaşındakı 5 uşaq atası Fan Lunqun başqa bir qadınla eşq yaşaması olub. Beləki, Fan Lunq emailindən 21 yaşındakı Zanq Huna sevgi mesajları göndərib. Lakin email ünvanından çıxış etməyi unudub. Komputerə girən arvadı isə ərinin sevgi mesajlarını görüb.

Fenq adlı xanım bu vəziyyətdə həddindən artıq əsəbləşib. Əlinə qayçı alan qadın, yataq otağına gedib və yatan ərinin cinsiyyət orqanını kəsib. Xəstəxanaya qaçan Fan cinsiyyət orqanını yerinə tiktirə bilib.

Ərinin arxasından xəstəxanaya gedən Fenq isə ərinin cinsiyyət orqanını ikinci dəfə kəsib və pəncərədən çölə atıb. Bu zaman qadın və əri arasında dava baş verib. Çılpaq vəziyyətdə olan kişi arvadının hərəkətlərindən qəzəblənərək onu döyməyə başlayıb. Xəstəxana işçiləri davaya müdaxilə edərək ər və arvadı ayırıblar.

Həkim və polislər kişinin pəncərədən çölə atılan cinsiyyət orqanını axtarsalarda tapa bilməyiblər. Onu küçə heyvanlarının apardığı güman edilir.

Fanın sevgilisi isə onun cinsiyyət orqanının itirməsinin əhəmiyyətli olmadığını deyib. Qadın Fan ilə ilk fürsətdə evlənəcəyini söyləyib. Hadisədən sonra isə Fanın arvadı Fenq həbs olunub.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=319425

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR