Məşhur amerikalı müğənni Rianna özünün "Savage x Fenty" brendinin yeni kolleksiyasının fotosessiyasına çəkilib.

Milli.Az The Sun-a istinadən bildirir ki, 30 yaşlı müğənni sessiyadan bir neçə fotonu İnstagram profilində paylaşaraq "Bütün qadınlar üçün" yazıb.

Riannanın İnstagram profilinin 69,5 milyon daimi təqibçisi var.

Riannanın bu mesajı "Victoria's Secret" brendinin icraçı direktoru Ed Razekin "Vogue" jurnalına verdiyi müsahibəsində söylədiyi "Şoularımızda əlil, fiziki qüsurlu, kök modellərdən istifadə etmirik: belə modellər alıcılarımızın xoşuna gəlmir" sözlərinə cavabdır.

Razekin açıqlaması çox böyük qalmaqala səbəb olub.

Milli.Az