Serj bir şəhəri itirə bilər

Serj bir şəhəri itirə bilər
16:26 13 Yanvar 2015
162 Dünya
Ölkə mətbuatı
A- A+

Sıravi rus əsgəri Permyakovun 6 nəfər mülki ermənini güllələməsi ilə Gümrü şəhərinin statusu gündəmə gəlib.

ANS PRESS-in məlumatına görə, bu barədə ilk danışan Rusiyanın “Reqnum” agentliyinin rəhbəri Modest Kolerov olub. “Ümid edirəm ki, baş verənlər Gümrüdə hərbi baza ətrafında ətrafında mülki həyatın təşkili barədə ciddi müzakirələrə başlamağın əsasına qoya bilər. Bu zaman hərbi bazanın Gümrü üçün hansı önəm daşıdığını nəzərdən qaçırmaq olmaz”, - deyə Kolerov “Azadlıq” radiosunun rus redaksiyasına müsahibə verən zaman bildirib.

Bu, erməni mətbuatında ciddi reaksiya verib. Erməni şərhçi Akop Badalyan Kolerovun təklifinin ciddi nəticələr verə biləcəyini vurğulayır: “Faktiki olaraq, çox nəzakətlə Gümrünün statusu və şəhər sakinlərinin vətəndaşlığı məsələsi müzakirəyə çıxarılır. Bu, doğrudan da təhlükəli nəticələr verə bilər. Faktiki olaraq, Gümrünün Rusiya hərbi bazasının şəhərinə çevirmək ideyasını irəli sürür”.

Qeyd edək ki, Ukrayna müstəqillik qazananda Rusiya eyni planı Sevastopol şəhərində həyata keçirmişdi və Krımda yerləşən şəhəri orada yerləşən hərbi bazanın şəhərinə çevirmişdi. Bu, sonucda Ukraynanın Krımı itirməsi ilə nəticələndi.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=319434

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR