ANS PRESS-in məlumatına görə, bu haqda televiziya şirkətinin nümayəndəsinə istinadən "İnterfaks" bildirib.
"Andrey artıq çoxdandır bizdə işləyir, o, buddizmlə maraqlanır. Nepala o xanımı Yuliya ilə birgə gedib. Aprelin 24-də axırıncı dəfə o, Katmandudan əlaqə saxlayıb. Mən bildiyim qədər, onlar dağa bələdçi ilə birlikdə gediblər. Amma zəlzələdən sonra onlardan xəbər yoxdu", - deyə "MİR"-dən bildirilib.
Qeyd edək ki, Nepalda zəlzələ nəticəsində 4 mindən çox insan həlak olub. Mənbə
ANS PRESS