Arxeologiya və Etnoqrafiya İnstitutu: Naxçıvanda avtomobil yolu qədim abidənin dağılmasına səbəb olub

16:52 13 Yanvar 2015
313 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 16:46 ]


Bakı. Könül Kamilqızı – APA. 2014-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun “Naxçıvan MR abidələrinin arxeoloji tədqiqi” mövzusu üzrə 7 arxeoloji ekspedisiyası fəaliyyət göstərib.

 

Arxeologiya və Etnoqrafiya İnstitutundan APA-ya verilən xəbərə görə, 2014-cü il Naxçıvanın Babək rayonunda Meydantəpə abidəsində arxeoloji qazıntı işlərini davam etdirib: "Təəssüf hissi ilə qeyd edilib ki, abidənin düz ortasından salınan Naxçıvan-Şahbuz avtomobil yolu yaşayış yerinin mərkəzi hissəsinin dağılmasına səbəb olub.  Arxeoloji tədqiqatlar göstərir ki, yaşayış yeri bir neçə dəfə dağıntıya məruz qalıb. Qazıntı işləri nəticəsində antik dövrün sənətkarlığını, məişət həyatını və memarlığını əks etdirən zəngin materiallar aşkar olunub. Meydantəpə aparılan arxeoloji tədqiqat işlərinin nəticələri Azərbaycanın qədim dövlətlərindən biri olan Atropatenanın tarixini, iqtisadiyyatını, mədəniyyətini öyrənmək baxımdan mühüm əhəmiyyətə malikdir".

 

Arxeologiya və Etnoqrafiya İnstitutundan bildirblər ki, Babək rayonundakı II Kültəpə yaşayış yerinin Narınqalasında aparılan tədqiqatlar şəhərin yaranma tarixini, iqtisadi, mədəni həyat tərzini dərindən araşdırmağa imkan verir. Qala divarından daxildə aparılan arxeoloji qazıntılar nəticəsində II Kültəpənin Narınqalasının e.ə. III minilliyin sonu, e.ə. II minilliyin əvvəlində inşa olunduğu müəyyən edilib. 2014-cü ildə Kəngərli rayonunun Qarabağlar kəndi ərazisində yerləşən Qalacıq qədim yaşayış yerində arxeoloji qazıntıları davam etdirib və Culfa rayonu ərazisində kəşfiyyat xarakterli işlər həyata keçirib. Tədqiqat zamanı qalınlığı 1 m olan mədəni təbəqə tədqiq edilib. 30 sm dərinlikdən başlayaraq son tunc və erkən dəmir dövrünə aid mədəni təbəqə aşkar olunub. Аpаrılmış tədqiqаtlаrın nəticələri göstərir ki, Qаlаcığın yеrləşdiyi ərаzi əlvеrişli təbii-cоğrаfi mövqеyinə görə qədim dövrlərdən insаnlаrın diqqətini cəlb еdib, e.ə. II minilliyin sоnu və I minilliyin əvvəllərində burаdа yаşаyış yеrinin ətrаfınа möhkəm müdаfiə divаrı çəkilib. Yаşаyış yеrini isə bütövlükdə е.ə. III-I minilliyə аid еtmək оlаr.

 

Ötən il II Plovdağda qazıntı işləri davam etdirilib. Buradan orta tunc dövrünə aid nekropol aşkar edilib. İlkin nəticələr bu qəbirlərin ilk tuncdan orta tunca keçid dövrünə aid olduğunu göstərir. II Plovdağ nekropolu ilə yanaşı, I Plovdağ yaşayış yerində də arxeoloji qazıntı işləri aparılıb. Tədqiqatlar zamanı ilk tunc dövrünə aid maddi-mədəniyyət nümunələri aşkara cıxarılıb. 2014-cü ildə Dəlmə qalasında arxeoloji tədqiqat işləri aparılıb. Abidənin alt mədəni təbəqə son antik-ilk orta əsrlər dövrünə, üst mədəni təbəqə isə orta əsrlər dövrünə aiddir. 2014-cü ildə Şahtaxtıda qədim yaşayış yeri - Govurqalada arxeoloji tədqiqat işləri davam etdirilib. Şahtaxtıda yaşayan qədim tayfalar eneolit dövründən başlayaraq ərazidə məskunlaşıb, orta tunc, son tunc, dəmir, antik və ilk orta əsrlər dövrlərində isə, inkişaf etmiş şəhər tipli mədəniyyət mərkəzi yaradıblar.

 

2014-cü ildə Şərur rayonu ərazisində I Maxta abidəsində arxeoloji qazıntı işləri davam etdirilib. I Maxta yaşayış yerində aparılan qazıntılar təsdiq edir ki, hər bir yaşayış yerində müəyyən konkret funksiyanı daşıyan tikililər olub. Hər bir tikilinin daxilindən fərqli arxeoloji materialların tapılması təsdiq edir ki, Kür-Araz cəmiyyətlərinin daxilində ictimai və sosial təbəqələşmə mövcud olub. Tədqiq olunan geniş diametrli dairəvi tikililərdən birinin daxilindən müxtəlif formalı gil əşyaların (tokinslərin) tapılması bir daha təsdiq edir ki, artıq e.ə.IV minilliyin sonlarından Kür-Araz mədəniyyəti cəmiyyətləri inzibati cəhətdən idarəetmə strukturlarına malik olublar. Mesopatamiya ərazisindəki bir sıra abidələrdən əldə olunan bu tip əşyaların oxşarlarının I Maxta abidəsindən əldə olunması qarşılıqlı əlaqələrdən xəbər verməsinə baxmayaraq bu ələqələrin zəif olması və Kür-Araz mədəniyyəti cəmiyyətlərinin iqtisadi, mədəni və dini baxımdan qapalı cəmiyyətlərdən ibarət olması öz təsdiqini tapır.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368932

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR