Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi il ərzində 2,4 dəfə artıb

Azərbaycanda e-ticarət dövriyyəsinin həcmi il ərzində 2,4 dəfə artıb
16:58 13 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 13 yanvar /Trend/

2014-cü ildə Azərbaycanda istehlak məqsədilə pərakəndə ticarət subyektlərində istehlakçılara 22,0 milyard manatlıq və ya 2013-cü illə müqayisədə 10,0 faiz çox əmtəə satılıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, satılmış istehlak mallarının 50,1 faizini ərzaq məhsulları, içkilər və tütün məmulatları, 49,9 faizini qeyri-ərzaq malları təşkil edib və qeyri-ərzaq mallarının xüsusi çəkisi 2013-cü il ilə müqayisədə 3,3 faiz bəndi artıb.

2014-cü ildə elektron pərakəndə ticarət dövriyyəsinin həcmi 2013-cü ilə nisbətən 2,4 dəfə artaraq 6,4 milyon manat təşkil edib. Əhali onlayn rejimində sifariş verdikləri istehlak mallarının 91,3 faizini hüquqi şəxslərin, 8,7 faizini fərdi sahibkarların ticarət şəbəkələrindən alıb.

Elektron ticarət dövriyyəsinin 94,6 faizini qeyri-ərzaq malları təşkil edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/it/2352758.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR