Tanınmış amerikalı aktyorlar, Hollivud ulduzları Keti Holms və Ceymi Foks illərlə qeyri-rəsmi nikahda yaşayandan sonra münasibətlərini rəsmiləşdirmək niyyətindədirlər.
Milli.Az TMZ-yə istinadən bildirir ki, nikah və toy gələn il Parisdə olacaq. Media mənsublarının buraxılmayacağı toya bəylə gəlinin yaxın qohumları, dostları və rəfiqələri çağırılacaq.
39 yaşlı aktrisa və 50 yaşlı, "Oskar" mükafatı laueratı romantik münasibətlərinin məntiqi davamı üçün məhz bu şəhərə üstünlük veriblər.
Aktyor Tom Kruzun sabiq arvadı Keti Holms və Ceymi Foks 2013-cü ildə görüşməyə başlayıblar.
Bu ayın əvvəlində Foks xanımına iri çəhrayı brilyant qaşlı üzük hədiyyə etmişdi.
Eyni zamanda, C.Foks xanımı üçün "Katie Holmes" adlı parfüm yaradıb.
Milli.Az