Zığ sürüşmə sahəsində aktivləşmə müşahidə olunub

17:22 13 Yanvar 2015
295 Digər
Ölkə mətbuatı
A- A+

[ 13 Yanvar 2015 17:18 ]


Bakı. Fərid Mirzəyev - APA. “Abşeron yarımadasındakı sürüşmə sahələrində vəziyyət stabildir”. Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidməti Geoloji Planlama Ekspedisiyasının ekzogen geoloji proseslərinin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov deyib.

 

S.Əmiraslanov Abşeron yarımadasındakı Masazır, Badamdar, Bayıl, Zığ, Əhmədli-1 və Əhmədli-2 klassik sürüşmə sahələrində elə bir ciddi dəyişikliyin baş vermədiyini bildirib: “Əvvəlki illərdə Bayıl, Masazır, Əhmədli və Badamdar sürüşmə sahələrində sürüşməyə qarşı tədbirlər həyata keçirilib. Həmin sahələrdə o vaxtdan indiyə kimi stabil vəziyyət davam edir”.

 

S.Əmiraslanov Zığ sürüşmə sahəsində aktivləşmə müşahidə olunduğunu da qeyd edib: “Qismən Zığ sürüşməsinin kütləsi üzərində olan çatlarda genişlənmələr əmələ gəlib”.

 

S.Əmiraslanov Bayıl qəsəbəsi Buxta küçəsi 212 ünvanında vəziyyətin olduğu kimi qaldığını da əlavə edib.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/368940

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR