Nepalda dəhşətli zəlzələdə həlak olanların kremasiyası, yəni cəsədlərin yandırılması başlanıb.
Aprelin 25-də Rixter şkalası ilə 7,9 bal gücündəki zəlzələ nəticəsində Nepalda on minlərlə bina və tikili viran qalıb, minlərlə insan həlak olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, həlak olanların sayı artıq 4 min nəfəri keçib.
Ölkə paytaxtı Katmanduda, Baqmati çayının sahilində kütləvi kremasiya mərasimləri keçirilir. Dünən yüzlərlə cəsəd yandırılıb.
Şəhərdəki məbədlərdəki ayinlərdən sonra yeni kremasiyalar olacaq.
Hər cəsədin yandırılması üçün orta hesabla 250 kq odun gərəkdir.
Dünyanın ən böyük dağı Everestdə isə alpinist düşərgələrindən birində hələ də 120 nəfər qalıb. 17 nəfərin ölümünə səbəb olan qar uçqunundan sonra bu düşərgə ilə əlaqələr kəsilib.
Xilasedicilər düşərgədə ərzaq ehtiyatı tükənənədək insanları ölümün cəngindən almağa çalışırlar.
Milli.Az
























