"Victoria's Secret"in məşhur modellərindən olan braziliyalı Lais Ribeyru vətənində istirahət edib.

Milli.Az TMZ-yə istinadən bildirir ki, Rio-de-Janeyrodakı İpanema çimərliyinə qeyri-rəsmi nikahda olduğu əri, amerikalı basketbolçu Xoakim Noa ilə yollanan 29 yaşlı model daha sonra model meneceri Fernando Herbertlə dincəlib.

Ertəsi gün Ribeyrru "Senai Brazil" moda şousuna qatılıb.

29 yaşlı Ribeyrunun Alehandro adlı 10 yaşlı oğlu və Leya İri adlı iki yaşlı qızı var.

Milli.Az