Sakinləri təhlükə qarşısında: "MİS rəisi dedi ki, gedin, pul yığın"

Sakinləri təhlükə qarşısında: "MİS rəisi dedi ki, gedin, pul yığın"
17:34 13 Yanvar 2015
187 Sosial
Ölkə mətbuatı
A- A+

Nizami rayonu, Kamil Balakişiyev küçəsi 34, bina 6/10 ünvanının sakinləri yaşadıqları binanın qəza vəziyyətində olmasından və kommunal problemlərdən əziyyət çəkmələrindən şikayət edirlər.

Lent.az-ın musavat.com-a istinadən verdiyi məlumata görə, sakinlər deyiblər ki, yaşadıqları bina təhlükəli vəziyyətdədir. Vətəndaşlar binanın zirzəmisində yığılan kanalizasiya sularının iyindən, evlərə verdiyi rütubətdən xəstəlik tapdıqlarını deyirlər: “Dəfələrlə, Nizami rayonu 117 saylı MKİS-nin rəisi Nazim Məmmədova müraciət etsək də, heç bir nəticə verməyib. Binanın pilləkənlərindəki qəzalı vəziyyətlə bağlı şikayətimizə MİS rəhbəri dedi ki, gedin pul yığın özünüz düzəltdirin”. 

Qeyd edək ki, kanalizasiya xətləri binanın üstündən çəkildiyindən bu  ilk baxışdan hörümçək torunu xatırladır. Eləcə də elektrik xətləri sakinlərin özləri tərəfindən çəkildiyindən burada təhlükəli vəziyyət hökm sürür. 

Daha ətraflı təqdim etdiyimiz videodan izləyin.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/190239

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR