"Victoria's Secret" brendinin məşhur modellərindən olan braziliyalı Lais Ribeyru vətənində istirahət edib.
Milli.Az TMZ-yə istinadən bildirir ki, 28 yaşlı model Rio de Janeyro şəhərindəki İpanema çimərliyində olarkən reportyorların kameralarından yayınmayıb.
L.Ribeyru 2017-ci ildə Çinin Şanxay şəhərində keçirilmiş "Victoria's Secret Fashion Show"da 2 milyon dollarlıq "Fantasy Bra"da podiuma çıxmışdı.
Milli.Az