Tanınmış müğənni Ebru Gündeş əri Rza Zərrabın yanına köçmək barədə qərar alıb.
Milli.Az Qaynarinfo-ya istinadən xəbər verir ki, müğənninin qızı Alaranın atası ilə birgə olmağını istədiyi üçün belə bir qərar aldığı bildirilir.
Sonuncu dəfə bu il iyulun 18-də Nyu-Yorka gedən Ebrunun qızı ilə birgə ilin bir hissəsini ABŞ-da keçirəcəyi söylənilir. Lakin konsert proqramları üçün Türkiyəyə gələcəyi istisna edilmir.
Milli.Az